SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiya prezidenti Vladimir Putin Soçidə "Valday" diskussiya klubunun iclasına yaşıl "LADA Vesta" ilə gəlib.
 
BAKU.WS-in məlumatına görə, avtomobili şəxsən idarə edən Putin "LADA Vesta"nı yüksək qiymətləndirib. İclasa gedərkən sürət limitini ötən Putin qaydaları pozduğunu etiraf edib: "Yolda sürət maksimum 30-50 km/saat idi. Ancaq düzünü desəm mən bir az sürətli gedirdim", - deyə Putin söyləyib. 
 
Rusiya prezidentinin test etdiyi avtomobil avtomat ötürmə qutusuyla təchiz edilib. Putin ilk dəfə deyil ki, sükan arxasında "LADA" avtomobilini test edir. hələ 2010-cu ildə o, baş nazir olaraq Xabarovsk-Çita yolunda "Kalina"nın sürüb. 2011-ci ildə isə Putin "LADA Granta" avtomobilinin test-drayvında iştirak edib.

"LADA Vesta" istehsalına artıq sentyabrdan başlanıb. 2015-ci ilin sonuna kimi 5-6 min civarında avtomobil istehsal ediləcəyi güman edilir. 2016-cı ildə AVTOVAZ "Vesta"nın sayını 70 minə qədər çatdıra bilər. Yeni avtomobil 25 noyabrda satışa çıxarılacaq. "LADA Vesta"nın qiyməti 495-600 min rubl (8-10 min AZN) təşkil edəcək.
 
BAKU.WS