SİZİN REKLAM BURADA!
055 213 76 73



Bodrumda istirahət edən azərbaycan əsilli rusiyalı milyarder, "Nortqaz" şirkətinin eks-sahibi Fərhad Əhmədov yenidən Türkiyə mətbuatında gündəmə gəlib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, 62 yaşlı iş adamı bu dəfə verdiyi bəxşişlərlə müzakirə olunmağa başlayıb. O, əvvəlcə Bodrumu gəzib, alış-veriş mərkəzində xanımı Tatyana Əhmədova və övladları üçün 1700 avroluq bazarlıq edib. O, mağazanın satıcısına 100 avro bəxşiş verib.

F. Əhmədov daha sonra ailəsi ilə birgə Bodrumun Torba ərazisindəki balıq restoranında olub.

Milyarder 6 nəfərlik masa üçün 350 avro hesab ödəyib. O, üç ofisiantın hər birinə isə 50 avro bəxşiş verib və təşəkkürünü bildirib.

BAKU.WS