SİZİN REKLAM BURADA!
055 213 76 73



Rejissor Kənan M.M İnstagram səhifəsində “Gecə qonağı -2” adlı filmindən yeni kadrlarını yayıb.

BAKU.WS-in məlumatına görə, yeni kadrda görünür ki, baş rolda çəkilən aktrisa Pərvin Abıyeva avtomobili ilə azyaşlını vurur.

Həmin epizodun çəkilişi izləyicilərdə böyük marağa səbəb olub.

Kənan M.M iddia edib ki, bu cür çəkiliş Azərbaycanda yoxdur.

“Əgər belə çəkiliş haradasa görmüsünüzsə, o zaman mən bu ölkədən çıxıb gedim, siz də qəşəng gülməli kinolar izləyin. Həyatımın 9 ayını aldı”, - deyə rejissor bildirib.

Qeyd edək ki, Gecə qonağı -2” filmində baş rolda Pərvin Abıyeva və Kənan M.M özü çəkilib.

BAKU.WS