SİZİN REKLAM BURADA!
055 213 76 73


 
2006-cı ildə Azərbaycan Tibb Universitetinə daxil olmuş Türkiyə vətəndaşı Emre Işık 2013-cü ildə məzun olduqdan sonra vətəninə qayıdıb və işsiz qalıb. İşsiz qalması bir yana, onu əsgərliyə də ali təhsilli zabit kimi deyil, lisey məzunu adi əsgər kimi göndərirlər.

BAKU.WS Virtualaz.org-a istinadən xəbər verir ki, Emrenin sözlərinə görə, Azırbaycana getməmişdən əvvəl Türkiyənin Ali Təhsil Qurumuna müraciət edib və ona Azərbaycan Tibb Universitetinin diplomunun tanınması ilə bağlı zəmanət verilib.

Lakin 2009-cu ildə həmin qərara yenidən baxılıb və hazırda bu diplom Türkiyədə tanınmır. "7 il universitet oxumuş adamla lisey məzunu kimi davranmaları insana toxunur”, – Emre deyir.

Bildirildiyinə görə, xaricdə təhsil alıb gəlmiş məzunlar Türkiyədə Tibb uzmanlıq imtahanı verməlidirlər. Maraqlısı odur ki, Türkiyədə universitet bitirənlər üçün uzmanlıq imtahanında 45 bal toplamaq məqbul qiymət üçün kifayət edirsə, xaricdə oxuyub gələnlər ən azı 64 bal toplamalıdırlar.

BAKU.WS