SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Növbəti iki-üç gün ərzində Azərbaycan ərazisində isti hava şəraitinin davam edəcəyi gözlənilir”.

Bunu "Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, yaxın günlərdə güclü küləkli hava şəraiti gözlənilmir: "Paytaxtda mülayim cənub-şərq küləkləri üstünlük təşkil edəcək. Havanın temperaturu günorta saatlarında 33-38 dərəcə arasında dəyişəcək”.

G.Məmmədova qeyd edib ki, Azərbaycanın rayonlarında da isti hava şəraiti müşahidə olunacaq: "Şərq küləyi əsəcək. Havanın temperaturu 35-40 dərəcə arasında dəyişəcək”.
 
BAKU.WS