SİZİN REKLAM BURADA!
055 213 76 73



Nəqliyyat Nazirliyi oktyabrın 19-da müfəttişlərin yük maşını qovması ilə bağlı yayılan videoya açıqlama verib.

 

Nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov BAKU.WS-ə açıqlamasında bildirib ki, həmin video əslində köhnədir. 


"14 oktyabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanından sonra dərhal bütün struktur bölmələrə telefonoqram göndərilərək, bütün nəzarət funksiyalarının dayandırılması tapşırılıb. Nazirliyin müvafiq əmrilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən bu məsələyə ciddi şəkildə nəzarət edilir”, - deyə Namiq Həsənov bildirib.


Ziya Səccad

BAKU.WS