SİZİN REKLAM BURADA!
055 213 76 73



TNT telekanalının "Comedy Woman" komediya proqramının aktyoru Yevgeniy Borodenko Danimarkada həmcinsi ilə ailə qurub.

BAKU.WS Rusiya mediasına istinadən məlumat verir ki, toy sentyabrın sonunda baş tutsa da, xəbər və fotolar indi yayılıb. Toyda Yevgeninin bir müddət sevgili olduğu deyilən aktrisa Yekaterina Varnava da iştirak edib.

Borodenko toyu haqda məlumatları gizli saxlayıb. Onun ailə qurduğu şəxsin isə bank sektorundan İqor adlı biri olduğu məlumdur.

Qeyd edək ki, Danimarkada eynicinslilərin nikahı 2002-ci ildən qanuniləşib. Rusiya qanunları isə qeyri-ənənəvi orientasiyalı şəxslərin evliliklərini tanımır.
 
BAKU.WS