"Ən yaraşıqlı azərbaycanlı kişilər"inin reytinqi açıqlanıb. BAKU.WS siyahıdakı bəzi simalarla sizi tanış edir:
 
BAKU.WS-in məlumatına görə, siyahıda 40-cı pilləni tanınmış müğənni İzzət Bağırov yer alıb. O, 1976-cı ilin mayında Bakıda anadan olub.
 


39-cu yer: Namiq Qaraçuxurlu - müğənni, aktyor, meyxana ifa edir. 8 noyabr 1978-ci ildə Bakıda anadan olub.


 

38-ci yer: Rövşən Əsgərov. Kim? Harda? Nə vaxt? intellektual televiziya oyununun iştirakçısı, "Sport-Ekspress" qəzetinin idman şərhçisidir. 2009-ci ilin iyulundan "Bakı" jurnalında piar-direktor kimi çalışır. 1972-ci il mayın 4-də Bakıda anadan olub.

 

 

 37-ci yer: Ruslan Abışov - azərbaycan futbolçusu. 1987-ci il oktyabrın 10-da Bakıda anadan olub. Azərbaycan yığmasının oyunçusudur. "Dənizlispor" və "Rubin", "Xəzər-Lənkəran", "Neftçi" kimi klublarda oynayıb. 

 

 

 

36-cı yer: Rəşad İlyasov - müğənni, aparıcı. 1 noyabr 1974-ci ildə Bakıda anadan olub.

 

 

35-ci yer: Fərid Məmmədov - müğənni. 1991-ci il avqustun 30-da Bakıda anadan olub. "Hold Me" mahnısı ilə "Eurovision 2013" mahnı müsabiqəsində Azərbaycanı təmsil edib və 2-ci yeri tutub. 

  

 

34-cü yer: Aleksandr Səmədov - rusiyalı futbolçu, Moskva "Lokomotiv"inin və Rusiya yığmasının yarımmüdafiəçisi. 1984-ci il iyulun 19-da Moskvada anadan olub. Atası azərbaycanlı, anası rusdur. Boyu 177 sm. 


 

 

33-cü yer: Fərid Həsənov - müğənni. 1994-ci il aprelin 9-da Bakıda anadan olub. "Türkvision-2013" mahnı müsabiqəsinin qalibdir.

 

 

32-ci yer: Emin Qəribov - idman gimnastikası üzrə Rusiya yığmasının kapitanı, rusiyalı gimnast. Rusiyanın əməkdar idman ustası. 8 sentyabr 1990-ci ildə Moskvada anadan olub.

 

31-ci yer: İlkin Həsəni - populyar televiziya və radioaparıcı, aktyor. 1983-ci il oktyabrın 21-də anadan olub.
 

 

30-cu yer: Akif Əmirəli - model. 1993-ci il mayın 11-də anadan olub. Boyu 190 sm.
 

 

29-cu yer: Elnur Hüseynov - müğənni. 1987-ci il martın 7-də Aşqabadda anadan olub. 2003-ci ildə "Sing Your Song" mahnı müsabiqəsində qalib gəlib. Elnur iki dəfə Azərbaycanı "Eurovision"də təmsil edib. 

 

 

28-ci yer: Zabit Səmədov - azərbaycan əsilli belaruslu kikboksyor. "Mauqli" ləqəbi ilə tanınır. 21 iyun 1984-ci ildə Gürcüstanda anadan olub. Boyu 183 sm.

 

 


27-ci yer: Mikayıl Hüseynzadə - model. 1993-ci il martın 20-də anadan olub. Boyu 185 sm. 

 

 

26-cı yer: Eldar Qasımov "Eurovision-2011" (Nigarla duetdə) mahnı müsabiqəsinin qalibi, azərbaycanlı müğənni, aktyor. 1989-ci il iyunun 4-də Bakıda anadan olub. 

 

 

25-ci yer: Azər Atakişiyev - model və aktyor. 1990-ci il dekabrın 6-də Bakıda anadan olub. 190 sm boyu var. 2008-ci ildə "Pankration" güləş üzrə Azərbaycan çempionu olub. "The Best Model Of Azerbaijan 2010" müsabiqəsinin qalibidir. 

 

 

 

3-cü yer: Müslüm Maqomayev - (17 avqust 1944, Bakı - 25 oktyabr 2008, Moskva) Sovet, Azərbaycan və Rusiyanın görkəmli opera və estrada müğənnisi (bariton), bəstəkar, aktyor. SSRİ xalq artisti. 

 

 

2-ci yer: Gündüz Abbasov (20 noyabr 1930, Bakı - 1995) - aktyor, yazıçı, rəssam və tərcüməçi. Tanınmış dramaturq Şəmsəddin Abbasovun oğlu. 

 

 

1-ci yer: Rasim Balayev - Sovet və Azərbaycan aktyoru, Azərbaycan SSRİ xalq artisti. Rasim Balayev 8 avqust 1948-ci ildə Ağsu şəhərində anadan olub. "Nəsimi" və "Babək" filmlərində çəkildiyi xarizmatik rollarla tanınır.