SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Facebook sosial şəbəkəsinə mobil telefonla daxil olmaq qurğunun enerjisini azaldır. 
 
BAKU.WS-in məlumatına görə, xüsusilə bu amil "iPhone"ların batareya ömrünə ciddi mənfi təsir edir. Sözügedən iddia Facebook tərəfindən də təsdiq edilib və məsələnin araşdırılacağı bildirilib. 

Bir həftədir ki, sosial şəbəkə istifadəçiləri Facebook-a şikayət edərək bu məsələni bildirirdilər. Facebook tətbiqinin 7 günlük müddət ərzində telefonun 15%-lik enerjisini istehlakına səbəb olub. 

"iPhone"larda isə bu faiz daha çoxdur. İddialara görə, enerjinin 39%-i Facebook-a görə istifadə olunur. Problemin Facebook tətbiqinin arxa fondakı iş funksiyası ilə bağlıdır. Həddən artıq enerjinin tükənməsinə səbəb olan boşluq artıq Facebook tərəfindən araşdırılır. 
 
BAKU.WS