VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Heydər Əliyev Fondunun vitse-prezidenti, Baku jurnalının baş redaktoru Leyla Əliyeva Instagram-da yeni foto paylaşıb. 
 
BAKU.WS-in məlumatına görə, Leyla Əliyeva atası və anası ilə birgə olan arxiv fotosunu paylaşıb və təbriklərə görə hamıya təşəkkür edib:
 
"Hamınıza xoşbəxtlik, cansağlığı, bütün arzularınızın yerinə yetməsini və bol-bol sevgi diləyirəm! Çox sağ olun".
 
Qeyd edək ki, Leyla İlham qızı Əliyeva 3 iyul 1984-cü ildə Moskva şəhərində dünyaya gəlib. O, 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, 2007-ci ildən Baku jurnalının təsisçisi və baş redaktoru, 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA) təsisçisi və sədridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük qızıdır.
 
Nazim Babayev
BAKU.WS