SİZİN REKLAM BURADA!
055 213 76 73


 
McDonald’s Azərbaycan bu yaxınlarda «KONFEDERASİYALAR KUBOKU FIFA 2017. İDMAN HƏYƏCANINI MCDONALD'S-la YAŞA!» adlı müsabiqəni keçirdi.
 
Bu müsabiqədə idman sevən uşaqların valideynləri tərəfindən çəkilən və övladlarının idman həyəcanını ifadə edən şəkillər iştirak etdi. Qalib gələn 7 yaşlı Zülfüqar Əliyev Sankt - Peterburq şəhərinə yola düşdü. Məhz bu balaca oğlan 17. 06. 2017 tarixində start verən KONFEDERASİYALAR KUBOKU FIFA 2017-nin açılış oyunu olan Rusiya-Yeni Zelandiya matçının meydançasına Yeni Zelandiya komandasının kapitanı ilə əl-ələ çıxdı. Balaca futbol həvəskarı çox həyəcanlı və xoşbəxt idi. Onunla birlikdə atası Ali Aliyev da möhtəşəm oyunu canlı izlədi və öz təəssüratları ilə bölüşdü:

"Zülfüqarın lap uşaqlıqdan futbola marağı böyük idi. Və bu foto müsabiqə haqqında xəbər tutanda, mən çox sevindim və oğlumun futbol həyəcanını bildirən şəklini çəkib göndərdim. Və o, qalib gəldi! Burada, bu möhtəşəm futbol tədbirində iştirak etmək imkanına görə mən McDonald’s Azərbaycan şirkətinə öz dərin təşəkkürümü bildirirəm! Bu həyəcan təkrarolunmaz və unudulmazdır!”

Qeyd etmək lazımdır ki, McDonald’s Azərbaycan xeyriyyə tədbirləri ilə yanaşı idmana da dəstəyini hər zaman nümayiş etdirir. 1976-cı ildən etibarən McDonald’s Olimpiya oyunlarının, dünya Futbol üzrə dünya çempionatının və digər beynəlxalq idman oyunlarının rəsmi dəstəkçisidir.
 
Balaca qalibimizi təbrik edir, ona idmana olan həvəsində böyük uğurlar qazanmağı arzu edirik!
 
BAKU.WS