SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bu gün prezident İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum günüdür.
 
BAKU.WS-in məlumatına görə, Leyla xanım Əliyevanın 32 yaşı tamam olur. Qeyd edək ki, Leyla Əliyeva 3 iyul 1985-ci ildə Moskva şəhərində anadan olub. Bakıda 160 saylı məktəbdə orta təhsil alıb. İsveçrədə və Böyük Britaniyada ali təhsilə yiyələnib. 2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakultəsinin dünya siyasəti ixtisası uzrə magistr pilləsini bitirib. Leyla Əliyeva 2007-ci il mayın 10-dan Rusiyada Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri kimi ictimai fəaliyyət göstərir.
 
O, 2007-ci il dekabrın 19-dan Moskvada nəşr olunan "Bakı" jurnalının təsiscisi və baş redaktorudur. 2010-cu ilədək Moskva Dövlət Beynəlxalq Munasibətlər İnstitutunda Azərbaycan Gənclər Klubunun sədri olub. 2008-ci il may ayında Mədəniyyətlərarası Dialoqda İslam Konfransı Təşkilatının Gənclər Forumunun Baş Əlaqələndiricisi olub.
 
O, 2009-cu il aprelin 8-də Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri seçilib. Leyla Əliyeva 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir. O, 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunub. Leyla Əliyeva 3 uşaq anasıdır. Onlar Mikayıl, Əli və Əminədir.
 
İman
BAKU.WS