SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Xarici ölkələrə səfər etmək üçün tur paket alanlar diqqətli olsun. Əgər hər hansı səbəbə görə səfərdən imtina etsəniz, ödədiyiniz pul geri qaytarılmaya bilər. Amma bundan xilas olmağın yolları var. Getdiyiniz yerdə ən ucuz qiymətə, ən yaxşı oteli tapmaqda sizin əlinizdədir. Üstəlik turizm fırıldaqçılarını, hələ səfərə çıxmamışdan əvvəl ifşa etməkdə mümkündür. Turizm mütəxəssislərinin səfər çıxmaq istəyənlərə vacib məsləhətləri var.

Xarici səfərə çıxmaq üçün otel və təyyarə bileti bron etdirən zaman diqqətli olun. Ucuzluğuna görə aldığınız tur paketlər səfərə bir neçə gün qalmış ləğv etdiriyiniz halda pulunuzun itirilməsinə səbəb ola bilər.

Turizm üzrə mütəxəssis Rəhman Quliyev bildirir ki, son günlər belə müraciətlərin sayı artıb. Vətəndaşlar ucuz olsun deyə geri qaytarılmayan tur paketləri seçirlər və uçuşa az qalmış bu paketdən imtina etmək istəyirlər. Belə olduqda isə onları pulunun bir hissəsi itkiyə gedir. Bunun qarşısını almaqın isə yolları var
Qaytarıla bilən tur paketlərin qiyməti isə digərlərindən 10-30 dollara qədər baha olur.

Bir çox ölkələrdə isə biri-birinin yaxınlıqında yerləşən eyni səviyyəli otellərdə qiymət fərqi böyük olur. Əgər belə otelləri, səyyahət edən şəxs özü rezervasiya edirsə bu zaman həmin mehmanxanalar haqqında turizm saytlarında edilən şərhələrə baxmaq mütləqdir.

Rəhman Quliyev bildirir ki, mövsümlə əlaqədar səyahət şirkətləridə artıb və bunlarda bəziləri müştəriləri aldadaraq pullarını mənimsəyirlər. Səyahətə çıxmaq istəyən müştəri isə diqqətli olmalıdır.

Bir çox şəxs adətən ildə bir dəfə tətilə çıxır. Bu tətilin xoş keçməsi üçün isə diqqətli olmaq və deyilənlərə əməl etmək məsləhətdir. 
 
BAKU.WS