VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Səudiyyə Ərəbistanı kralı Salman bin Abduləzizin qərarı ilə ölkədə 23 gün Ramazan bayramı tətili olacaq.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, 16 iyundan başlayan qeyri-iş günləri 9 iyula qədər davam edəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının əmək nazirliyi bayram tətilini 11 gün elan etsə də, sonradan istirahət günlərinin sayı kral tərəfindən artırılıb.

Ramazan və Qurban bayramlarında uzun müddətli tətil edən Səudiyyə Ərəbistanı vətəndaşları bu iki bayramdan başqa, sadəcə, milli gün olan 23 sentyabrda bir günlük istirahət edirlər.
 
BAKU.WS