SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bu resept körpələr, şəkər xəstəsi olan hamilələr, diabetli insanların və sağlam mürəbbə  yemək istəyən hər kəs üçündür.
Bu mürəbbə içərisindəki şəkər miqdarının az olması səbəbi ilə qan şəkərinin tarazlığının təşkil edilməsinə köməkçi olur, qrip və soyuqdəymədə sizləri rahatlaşdırır, həzm sistemini asanlaşdırır, uşaqlarda immunitet sisteminin inkişafına yardım edərək onları qeyri-sağlam hava şəraitindən qoruyur.
 
Faydalarını bu şəkildə sıraladığımız şəkərsiz cemin reseptini BAKU.WS sizinlə bölüşür:

Şəkərsiz çiyələk mürəbbə(cem) resepti:
 
4 stəkan əzilmiş çiyələk
Stəkanın 4-də biri qədər limon suyu
1 stəkan bal
¾ stəkan su

Çiyələkləri bal ilə qarışdırın. Suyu qaynadın və meyvələri su ilə qarışdırın. Limon suyunu da əlavə edib yaxşıca qarışdırıcı ilə əzin. Soyuducuda da saxlaya bilərsiniz.

Şəkərsiz portağal mürəbbə(cem) resepti:

5 orta ölçülü portağal
4 qaşıq bal

Portağalları 8 dəqiqə qaynadın. Soyuduqda suyunu süzün və gözləyin. Portağalları bölüb orta hissəsini (nüvəsini) çıxarın və qabıqlarını da təmizləyin. Blender ilə əzin və balı əlavə edin. 25 dəqiqə zəif alovda  qarışdıraraq bişirin.
 
Nuş olsun!

Aysel Selcan
BAKU.WS