VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Turizm.fins.az səyahət zamanı sizə kömək olacaq proqramların siyahısını təqdim edir.
 
Wifi Map
Dünyanın hər yerində simsiz internet nöqtələrini şirfəsi ilə birlikdə toplayan proqram, səyahətiniz əsnasında internetə ehtiyacınız olan zaman böyük dəstəkçiniz olacaq.
 
Citymapper
Xəritə üzərində bir nöqtədən, digər nöqtəyə, hansı ictimati nəqliyyatdan istifadə edərək, nə qədər vaxta gedə biləcəyinizi göstərən möhtəşəm proqram.
 
XE Currency
Bütün pul vahidlərini internet olmadan konvertasiya edə biləcəyiniz proqram. Online olduğunuz anda hal-hazırkı məzənnələr yenilənib, təqdim olunur.
 
PackPoint Travel Packing
Haradan, haraya, xizək tətili və ya dəniz tətilinə getməyinizdən asılı olaraq, çamadanınıza hansı əşyaları daxil etməyinizin lazım olduğunu göstərən proqram, tətil zamanı "kaş ki, unutmasaydım” kimi təəssüf hisslərindən qoruyur.
 
Waze
Çox faydalı naviqasiya proqramı. Sürücülərin yol məlumatlarını GPS vasitəsi ilə öyrənərək, sizə ən optimal yolu göstərən proqram.
 
Foursquare
Kafe, restoran, bar və s. axtarışı zamanı ən yaxın yerləri tapıb, sizdən öncə kimlərin hansı şərh və qiymət verdiyini göstərir.
 
Tripit
Təyyarə bileti, otel bronu və səyahətinizlə əlaqəli bütün sənədləri Tripit ilə bir nöqtədə cəmləyin. Bundan başqa online məlumatlandırma sistemi ilə, gecikmə, uçuşun ləğvi və qapı dəyişikliyi kimi məlumatları xəbərdar edir.
 
Triposo
Getdiyin şəhərdə haraları gəzməli?!, haraları görməli?! necə vaxt keçirməli?! suallarına cavab verən bələdçi proqramı. İnternetsiz işlədiyi üçün ehtiyac zamanı xəritəsindən də faydalanmaq mümkündür.
 
Flush Toilet Finder
Proqram şəhərdə ehtiyacınızı qarşılamaq üçün ictimati ayaqyoluları göstərir. Google Map üzərindən ən yaxın ayaqyolunu istiqamətləndirərək, sizin ora getməyinizi təmin edir.
 
Google Translate
90 dildə tərcümə edən Google-nın online tərcümə xidmətidir. Artıq kamera görüntüsünü də tərcümə edə bilən proqram, səyahət zamanı bəlkədə ən yaxşı köməkçiniz olacaq. 
 
BAKU.WS