SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Heydər Əliyev Mərkəzinin parkında yoqa sessiyası baş tutacaq. 
 
BAKU.WS-in məlumatına görə, bu barədə teleaparıcı Hacı Nuran bildirib. Onun sözlərinə görə, 4 iyun tarixində saat 8:00-da "Hatha-Yoqa" sessiyası, 9:00-da isə "Sri Sri Yoqa" sessiyası olacaq. 
 
Açıq hava yoqa sessiyası "Yoga Shahi" studiyasının təcrübəli müəllimləri Yelena Səfərova və Elçin Quliyev tərəfindən keçiriləcək. İyunun 4-də saat 8:00-da 10 ildən çox təcrübəsi olan, 2009-cu ildə Polşadakı Beynəlxalq Şivananda yoqa kurslarını bitirərək yoqa müəllimi adına layiq görülmüş Elçin Quliyevin iştirakı ilə yoqanın klassik növü olan "Hatha-Yoqa" sessiyası, saat 9:00-da isə "art of life" fondunun təmsilçilərindən biri olan Yelena Səfərovanın iştirakı ilə "Sri Sri Yoqa" sessiyası təşkil ediləcək.
 
Qeyd edək ki, iştirak etmək istəyənlər ödənişsiz şəkildə açıq hava yoqa sessiyasına qoşula bilər. Arzu edən hər bir kəs öz yoqa xalçası ilə 4 iyun tarixində Mərkəzin parkına gələ bilər.
 
BAKU.WS