SİZİN REKLAM BURADA!
055 213 76 73



Göstərdiyi xidmətləri ilə 5 ulduzlu otellərdən geri qalmayan bir-birindən lüks və gözəl sərnişin gəmiləri ziyarətçilərin sevimli məkanına çevrilib. Hər il minlərlə insan səyahət etmək üçün bu gəmilərə axın edir.
 
BAKU.WS dünyanın ən bahalı və ən lüks gəmilərini təqdim edir.
 
1.DƏNİZLƏRİN MÜSTƏQİLLİYİ

 "Dənizlərin Müstəqilliyi" adlandırılan bu gəmi 2008-ci ilin aprel ayından fəaliyyətə başlayıb. 828 milyon dollara inşa edilib. 4370 sərnişin və 1360 ekipaj daşıya bilir.

2. NORWEGİAN BREAKAWAY

Norweç Breakaway, 2013-cÜ ildən fəaliyyət göstərir. 840 milyon dollara inşaa edilib. Gəmi 4000 sərnişin və 1595 ekipaj daşıma tutumuna malikdir. Gəmidə açıq hava sahəsi, fitness mərkəzi, mini golf sahəsi, idman sahəsi, su parkı, üzmə hovuzu və isti su vannaları var.

3. SEAS LİBERTY

800 milyon dollara inşa edilİb. Gəmi ilk dəfə 2007-ci ildə may ayında səfərə çıxıb. 1.360 ekipaj və 4375 qonaq tutumuna malikdir. Gəmidə lüks staterooms, bir zip -line, bir casino, bir miniatür golf sahəsi, gecə klubları, barlar və salonlar kimi bir çox məkanlar var.

4. DƏNİZLƏRİN AZADLIĞI

İnşaası 800 milyon dollara başa gəlib. Gəmi 4.375 qonaq və 1.360 ekipaj daşıma tutumuna malikdir.

5. QUEEN MARY 2

"Queen Mary 2" 550 milyon avroya inşa edilib. Gəmi 2620 sərnişin və 1238 ekipaj daşıyır.

6. DİSNEY RÜYA

"Disney Rüya"nın inşasına 900 milyon dollar xərclənib. Gəmi 2011-ci ildən etibarən fəaliyyət göstərir. 4.000 qonaq və 1.458 ekipaj tutumu mövcuddur.

7. DİSNEY FANTASTİK

Disney Fantastik ailələr nəzərdə tutularaq inşa edilib.

8. NORWEGİAN EPİC

"Norwegian Epic" inşasına  1.2 milyard dollar xərcləyib. Gəmi  1.753 ekipaj və 4100 sərnişin tutumuna malikdir.

9. SEAS OASİS 

Seas Oasis dünyanın ikinci bahalı gəmisidir. 2009-cu ilin dekabr ayından fəaliyyətə başlayan gəmi, təxminən 1.24 milyard dollara inşaa edilib.
 
10. ALLURE OF THE SEAS

Dünyanın ən bahalı sərnişin gəmisidir. Təxminən 1.4 milyard dollara inşa edilib. Gəmi 6296 qonaq, 2.384 tutumuna malikdir.