VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Sevil Sevinc bacıları Xəzər TV-də yayımlanan "5 də 5" verilişində bir neçə ay əvvəl avtomobillə vurduqları yaşlı kişidən danışıblar.
 
BAKU.WS xəbər verir ki, bacılar "baba"nın vəziyyətinin yaxşı olduğunu, sağaldığını bildiriblər.
 
"Bu yaxınlarda baba ilə birlikdə verilişə qatılacağıq. Amma bir xanım da axtar babamızı evləndirəcəyik. Babanın 87 yaşı var. Biz onun nəvələri olduq. Söz veririk ona qəşəng toy edəcəyik",-deyə bacılar aparıcı Zaur Kamala bildiriblər. Zaur Kamal babanı verilişə gətirəcəyinə söz verib.
 
"Soruşacam babadan ona yaxşı görüm-baxım etmisiniz? Görək babanı xəstəxanadan necə yola salmısınız. Mənim börümdən maşın vursaydı mən yıxılıb ölərdim. Amma babaya Maşallah",-deyə Zaur Kamal bacılarla zarafat edib.

Aynur.Ə 
BAKU.WS