Ötən həftə Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti bu ölkədə yaşamaq və işləmək hüququ verən "Greencard” lotereyasının nəticələrini açıqlayıb. 

BAKU.WS "Qafqazinfo”ya istinadən xəbər verir ki, budəfəki uduşda 224 Azərbaycan vətəndaşı "Greencard” sahibi olub. 2018-ci ildən etibarən Amerikada yaşamağa şans qazananlar arasından 91-i qadın, 133-ü kişidir.

Əldə etdiyimiz məlumata görə, həmin siyahıda şou-biznesin tanınmış simaları da yer alıb. 

Onlar arasında keçmiş "Dəyirman” qrupunun solisti Elmir Məhərrəmov və müğənni Elariz Məmmədoğlu var.  İki məşhurun adları Azərbaycandan "Greencard” udanların tam siyahısınında yer alıb. 
 
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ