Ötən gün "Eurovision”un ikinci yarımfinal mərhələsində maraqlı anlar yaşanıb. 

BAKU.WS "Qafqazinfo”ya istinadən  xəbər verir ki, layihənin aparıcısı "Green Room”a yaxınlaşıb və Makedoniya təmsilçisi Jana Burceska ilə söhbət etməyə başlayıb. 

Ölkənin nümayəndə heyəti arasında xanım müğənninin sevgilisi Aleksandr da olub. O, mikrafonu götürərək sevgilisinə evlilik təklifi edib.  

Aleksandr cibindən üzük çıxararaq sənətçiyə uzadıb.  Burceskanın cavabı isə müsbət olub, sevgilisinə "hə" deyib. 
 
BAKU.WS