SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Star TV”də yayımlanan "Zuhal Topalla” izdivaç proqramında məşhurlaşan azərbaycanlı gəlin Naz Mila bir həftədir ki, Bakıdadır.

BAKU.WS Axşam.az-a istinadən xəbər verir ki, bu barədə sosial media hesabında yazan Naz Azərbaycandan qovulması və deportasiya edilməsi haqda açıqlama verib. 
O Azərbaycana gələcəyi təqdirdə, onu ölümlə hədələyənlərə də mesaj göndərib:

"Bəs deyirdiniz, Azərbaycandan qovulmuşam. Bir həftədir ki, Bakıdayam. Şəkillərimin altında qoçuluq edirdiniz. Hardasız? Sizdən xəbər yoxdur. Bakıda olduğum hər yerdən şəkil paylaşıram. Olduğum yerləri də qeyd edirəm. Niyə məni hələ asıb-kəsən yoxdur? Agzınızın "zamok"unu mən bağlayım, yoxsa özünüz bağlayırsız?"

Qeyd edək ki, Naz Mila evli olub və onun bir qızı var. Eyni zamanda, bir müddət əvvəl "Zuhal Topalla” evlilik verilişində Baha adlı türk vətəndaşı ilə nişanlanıb və sonradan nişanı qaytarıb.

Bundan sonra o, Əli adlı azərbaycanlı iştirakçı ilə bir müddət sevgi münasibətində olub. Daha sonra cütlük ayrılmaq qərarına gəlib.
 
BAKU.WS