SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Mayın 4-də tanınmış aparıcı Cavid Osmanov "MediaMən” kitabını təqdim etdi.

BAKU.WS Oxu.Az-az istinadən xəbər verir ki, müəllif təqdimata hamam xalatı və başmaqla gəldi. 

Roman jurnalist olmaq istəyən Mirzə adlı gəncin macəralarına həsr edilib. Onun fikrincə, Azərbaycanda jurnalist olmaq çox asandır, bu "asan yola” qədəm qoyan Mirzə, gənc və imkanlı biznesmen Anar ilə tanış olur. Bu tanışlıq isə onun həyatını 180 dərəcə dəyişir. Anar Mirzəni gizli Bakı ilə tanış edir.

Qeyd edək ki, müəllifin 2014-cü ildə dərc edilən birinci romanı olan "Mücahidin Yolu” oxucular arasında böyük rəğbət qazanmışdı.
 
BAKU.WS