VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Toppuş bacı kimi tanınan əməkdar artist Tünzalə Əliyevanın aparıcılıq etdiyi "Yerimdəyəm” verilişində ötən gün maraqlı anlar yaşanıb. Verilişin ortasında aktrisanın ürəyi gedib və o, yerə yıxılıb. Həmin video sürətlə sosial şəbəkələrdə yayılıb.
 
BAKU.WS xəbər verir ki, çox sayda insan Toppuş bacının səhhətində problem yarandığını düşünüb.
 
Yayılmış görüntülər haqda Ailem.az-a açıqlama verən Tünzalə Əliyeva bunun bir qurama olduğunu etiraf edib: "Etiraf edim ki, bu videonun belə sürətlə yayılacağını bilmirdim. Sadəcə olaraq bir oyun oynamaq, səhnəcik qurmaq istədim. Tamaşaçılarıma göstərmək istəyirdim ki, mən necə aktrisayam. Mənə çox sayda zənglər gəldi. İnsanlar narahat olublar. Hər kəsə demək istəyirəm ki, yaxşıyam, mənə heç nə olmayıb. Narahatlığa görə isə üzr istəyirəm”. 
 
BAKU.WS