SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanlı gənc xanım Türkiyədə son zamanlar məşhur olan erməni müğənni Super Sakonun "Mi Gna" mahnısının restoranda səsləndirilməsinə etiraz edərək dayandırılmasını tələb edib.
 
BAKU.WS xəbər verir ki, bu barədə gənc xanım sosial şəbəkədə video yayıb. O restoran əməkdaşlarından mahnının dayandırılmasını tələb edib. Nəticədə restoran əməkdaşı mahnını dayandırıb.
 
Qeyd edək ki, Türkiyədə son vaxtlar erməni müğənni Super Sakonun "Mi Gna” mahnısı rekord qırır.
 
Bu mahnının qardaş ölkədə bu qədər sevilməsi həmyerlilərimiz tərəfindən birmənalı qarşılanmır.
 
Demək olar ki, qardaş ölkədə gənclərin əksəriyyəti bu mahnını ifa edərək, sədaları altında rəqs edib instagramda səhifələrində paylaşıblar. Bir müddət əvvəl isə Türkiyənin məşhur dəb verilişi-"İşte benim stilim"də iştirakçılar bu mahnının sədaları altında rəqs etməsi birmənalı qarşılanmayıb.
 
Məlumat üçün bildirək ki, məşhur türkiyəli müğənni Özcan Dəniz "İstanbullu gəlin" serialının kulisində bu mahnınını ifa edərək video paylaşmışdı. Müğənninin bu hərəkəti ölkəmizdə kəskin etirazla qarşılanmışdı.
 
Aysel Məmmədova
BAKU.WS