SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Əjdər Həmidovun səhhəti pisləşib. O, 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

BAKU.WS-in telegraf.com-a istinadən verdiyi məlumata görə, Əməkdar artist səhhəti haqda özü məlumat verib: 

"Axşam saat 2 radələrində özümü pis hiss etdim və "təcili yardım” vasitəsilə xəstəxanaya gətirildim. Nevroz diaqnozu qoyulub, müalicəyə başlanılıb. On gün xəstəxanada müalicə olunacağam. İnsult keçirməmişəm”.

Aktyor xəstəliyinin işi ilə bağlı olmadığını deyib: "İşimlə, teatrla bağlı heç bir problem yoxdur. Hər şey yaxşı idi. Bir müddət əvvəl rayonda istirahət edirdim, qəflətən səhhətim pisləşdi. Tez Bakıya gəldim və hazırda da xəstəxanadayam”. 
 
BAKU.WS