VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Avesta Concern" rəhbəri nehrəmli iş adamı kimi tanınan hacı İbrahim İbrahimov avtomobilinin hərraca çıxarılması xəbərində münasibət bildirib.

Hacı Nehrəmli Missiya.Az açıqlamasında avtomobilinin hərraca çıxarılmasını təkzib edib.

Onun sözlərinə görə, VTB bankdan heç vaxt kredit götürməyib: «Mən o bankın qapısını belə tanımıram. Bəhs etdikləri "Rolls Royce" mənim özümdədir və kiməsə vermək niyyətim yoxdur. Bu kimlərinsə mənə qarşı qərəzli kompaniyasıdır. Heç avtomobilin nömrəsini də düz yazmayıblar. Məlumat tamamilə yalandır».

Qeyd edək ki, mətbuatda İbrahim Nehrəmlinin avtomobilinin hərraca çıxarıldığı barədə məlumat yayılıb. Məlumata görə, maşını almaq üçün 900 min dollar (1,5 milyon AZN) VTB bankdan kredit götürən hacı İbrahim son iki il ərzində ödənişləri həyata keçirməyib.
 
BAKU.WS