SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Goranboy Rayon İcra Hakimiyyətinin saytında göstərilir ki, "Galib Group" MMC rayonun ən iri sənaye şirkətlərindən biridir. Rayon iqtisadiyyatında xüsusi paya malikdir.

"2003-cü ildən fəaliyyət göstərən müəssisə 2014-cü ildə də bir çox uğurlara imza atıb. Bu dövr ərzində müəssisənin məhsulları bir neçə beynəlxalq sərgilərdə nümayiş etdirilib. Müəssisədə məişət avadanlıqları, mətbəx və ofis mebelləri, inşaat arabaları, müxtəlif ölçülü yük arabaları, bellər, plastik su çənləri, antenn çanağı, plastik boru və aksesuarlar istehsal olunur. Müsəsisədə iri tutumlu su çənləri istehsal edən yeni sahə yaradılmışdır. Müəssisə bir neçə markaya sahibdir. Bunlar "Reqular", "Oplas", Durmaz", "Dizayn" markalarıdır və bu markaların Azərbaycanda patenti yalnız "GALİB GROUP"a məxsusdur. Müəssisədə 100 nəfərdən artıq işlə təmin olunub" - İcra Hakimiyyətinin saytı yazır.

Qalib Mustafayevin qardaşı Xaliq Mustafayev də biznesmendir, Azərbaycana elektronika mallarının idxalı ilə məşğul olur. Lakin Mustafayev qardaşlarının hazırda pensiyada olan bacısı, 35 il müəllimə işləmiş Nüşabə Mustafayeva dolanışıqdan şikayətlənir və sosial vəziyyətinin ağır olmasına etiraz edərək müxalifətin təşkil etdiyi mitinqlərə qatılır.

Virtualaz.org Goranboyda baş tutan "it toyu" ilə bağlı Qalib Mustafayevin özüylə əlaqə saxlayıb. Biznesmen açıqlamasında yazılanların "ağ yalan olduğunu" və əslində, sadəcə olaraq, yaxın dostları ilə yeyib-içdiklərini, zarafatlaşdıqlarını bildirib. Onun sözlərinə görə, bu görüntülər rəqibləri tərəfindən mətbuatda məqsədli şəkildə yayılıb.

"Mən iş adamıyam, şirkətlərimdə yüzlərlə adama çörək verirəm. Goranboy rayonunun inkişafı üçün sərmayə qoyan adamam. Bu, ağ yalandır, mənim nüfuzuma zərbədir", - biznesmen bildirib.

Bəs üzərində itlərin təsviri olan tort və aşığın itlərin şəninə mahnı oxuması necə olsun?

Biznesmen bu kadrları təkzib etməyib, bir daha 4-5 nəfər dostu ilə yığışaraq yeyib-içdiklərini və zarafatlaşdıqlarını bildirib. Biznesmen, həmçinin bildirib ki, onun nüfuzdan salmaq üçün belə bir yola əl atan rəqiblərini məhkəməyə verəcək: "Azərbaycan demokratik ölkədir, hər kəsin yeyib-içmək, zarafatlaşmaq hüququ var. Dörd nəfər dostla, 1 kilo ət alıb bişirmişik, yeyib içmişik, bunu mətbuata çıxararaq şişirdiblər. Bizi sevməyənlər o qədər var ki, rəqiblərimizin işidir."

Biznesmen, həmçinin bildirib ki, artıq şübhələndiyi adam da var və onu işdən çıxarıb.
 
BAKU.WS