SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İddialı gülüş üçün gözəl və bəyaz dişlərə sahib olmaq lazımdır. Lakin, dişlərimizin yetəri qədər bəyaz olmaması bizdə komplekslər yaradır. Komplekslərimizi aradan qaldırmaq üçün dişlərimizin bəyazlığını və parlaqlığını bərpa edə bilərik. Bunun bir neçə üsulu var. Həmin üsullarla sizi tanış edəcəyik.
 
Dişlərin bəyazlığını qorumaq üçün aşağıdakıları edin.
 
Çiyələk

Həftədə bir dəfə bir çiyələyi pürə halına gətirdikdən sonra fırça ilə dişlərinizə sürtün. Dişlərinizin hər zamankindən daha çox parlayacağını özünüz görəcəksiniz. 

Karbonat qarışığı 

1 çay qaşığı karbonat və 1 çay qaşığı zeytun yağı götürüb qarışdırın. Sonra üzərinə yarım limon sıxıb qarışdırmağa davam edin. Alınan mayeyə fırçanızı batıraraq dişinizi fırçalayın. Bunu həftədə bir dəfə tətbiq edin. Dişlərinizi ağartmaqla yanaşı, ağızdaki bakteyaların da qarşısını alacaq.

Adaçayı

Dişinizi yaxşıca fırçalayıb, yaxaladıqdan sonra bir çay qaşığı karbonat, 1 çay qaşığı adaçayı və bir çay qaşığı darçını yaxşıca qarışdırın. Dişlərinizi həmin qarışıqla yaxşıca fırçalayın. Bunu hər axşam edin. Çox deyil 1 həftə içində fərqi görəcəksiniz.

Qliserin

Yenə ağızınızı fırçalayıp bol suyla yaxalayın. Daha sonra fırçanıza 2 damla qliserin damladın və dişlərinizə sürtün. Bakteriya öldürmə xüsusiyyəti olan qliserin, diş çürüklərinə də müsbət təsir edir.

Duz

Karbonat qədər təsirli olmasa da diş əti iltihabı və diş qanamalarına qarşı təsirlidir. Bir çay qaşığı karbonat, 1 çay qaşığı duz və 1 çay qaşığı sirkəni qarışdırıb fırça ilə dişlərinizi sürtün. Dişlərinizə effektiv bəyazlıq bəxş edəcək.

Tərəvəzlər

Bəzi tərəvəzləri yeməklə diş bəyazlığınızı qoruya bilərsiniz. Xüsusilə alma, xiyar, brokoli və kökün dişlərinizin bəyazlığına böyük təsiri var.
 
BAKU.WS