SİZİN REKLAM BURADA!
055 213 76 73



Qalmaqallı fitnes müəllimi Kamil Zeynallı bahalı avtomobil nömrəsi alıb.
 
BAKU.WS xəbər verir ki, OO seriyalı avtomobil nömrəsi alan idmançı bu barədə instaqram səhifəsində bildirib. 
 
Qeyd edək ki, avtomobil sahiblərinin daha çox maraq göstərdiyi "OO" seriyalı nömrələrin qiyməti isə həddindən artıq bahadır. Avtomobil saytlarında müştərilərə təklif olunan dövlət nömrə nişanları 7 min AZN-lə 170 min AZN arasında dəyişir. 
 
Əlavə edək ki, Azərbaycanda bu cür bahalı nömrələrə tələbat yüksəkdir. Əlində bahalı avtomobil nömrəsi olan şəxslər istədikləri məbləğə yaxın qiymət təklif olunduğu təqdirdə satışı həyata keçirir. Təklif olunan nömrələrin qiyməti dəbdəbəli malikanə almağa belə kifayət edir.
 
"Mən alanda heç nəyin ucuzunu almıram. Amma nömrəni alanda çox sağ olsunlar mənə hörmət ediblər. Yəni ucuz da deyil baha da. Nömrənin sonluğu mənim üçün müqəddəs rəqəmlərdir. Nömrənin qiymətini yaxın günlərdə açıqlayacam", - deyə Kamil Zeynallı bildirib. 
 
Aynur Ələkbərova
BAKU.WS