SİZİN REKLAM BURADA!
055 213 76 73



ARB TV-nin "Ömrün fəsilləri" verilişinin qonağı olan əməkdar incəsənət xadimi, tanınmış rejissor Mehriban Ələkbərzadə maraqlı açıqlamalar verib.

BAKU.WS xəbər verir ki, o, ailəsindən bəhs edərkən göz yaşlarını saxlaya bilməyib:

"Atamla dost idik. Münasibətimiz çox gözəl idi. Anaya deyilməli şeylər, ataya deyilirdi. Hətta ilk sevgimə qədər atama danışmışam. Anam daha çox oğlunu istəyirdi. Qardaşım məndən 2 yaş böyük idi. Anam mahiyyət etibarilə özünü onda tapmışdı. Orta məktəbə gedəndə daha çox sığal mənə olunmalı idi, mənim hazırlaşmama kömək edilməli idi, amma ona daha çox olunurdu. Mən qalırdım bir tərəfdə. Onu orta məktəbdən gətirib əynini dəyişdirirdi və musiqi məktəbinə aparırdı. Mən yenə qıraqda qalırdım. Mənə daha çox atam diqqət göstərirdi. Atam da işdən mənə görə tez gəlirdi. Daha çox atamla nəfəs alırdım. Heç o zaman bu münasiblərin fərqində deyildim. Müəyyən zaman sonra atamla dostluq münasibətlərim dayanmağa başladı. Anamı içimdə tapanda artıq anam yox idi. Bu gün daha çox anama ehtiyac duyuram. Anam xəstə yatdı. Xəstə yatanda başa düşdüm ki, mən ona lazımam, o sevgi lazımlıqdan doğdu. Allah imkan verdi ki, onun sevgisini gördüm. Bir stimul var ki, o dünyada valideynlərinlə görüşəcəksən. Bu dünyanın ən böyük ayrılığını yaşayırsan. İnanıram ki, onları mütləq görəcəm".
 
BAKU.WS