VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Əməkdar artist Rəhman Rəhmanovun həbsdəki oğlu Emil Rəhmanov ilk dəfə oğlunun üzünü görüb.
 
BAKU.WS xəbər verir ki, bu görüş ARB TV-də yayımlanan "Elin gözü" verilişi sayəsində baş tutub. Belə ki, verilişin aparıcısı Elgiz Əkbər Emili oğlu Əli ilə görüşdürüb. Verilişin bu gün yayımlanan buraxılışında aktyor Rəhman Rəhmanov və həbsdə olan oğlu müzakirə edilir.
 
Qeyd edək ki, müğənni olan Emil Rəhmanov Şəbnəm Bəndəliyeva adlı xanımla 2014-cü ilin aprel ayında evlənib. Onların birgə həyatı uzun sürməyib. Cütlük 19 mart, 2015-ci ildə rəsmən boşanıblar.
 
Xatırladaq ki, aktyorun oğlu ilk dəfə 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək həbs olunub. Emil Rəhmanov 6 il azadlıqdan məhrum edilmişdi. Daha sonra isə 2016-cı ilin yanvarında yenidən həbs edilib və 2 illik müddətə azadlıqdan məhrum edilib.
 
Aynur Ələkbərova
BAKU.WS