SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Azərbaycanın məşhur yazıçısı, kitabları bütün dünyada bestseller olan Çingiz Abdullayevin ad günüdür.
 
BAKU.WS-in məlumatına görə, yazıçının 58-ci yaş günüdür. Azərbaycan detektiv yazıçısı, nasir, publisist, 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquq elmləri doktoru olan Çingiz Abdullayev 2015-ci ildən etibarən "Neftçi" PFK-nın Müşahidə Şurasının sədri kimi də fəaliyyət göstərir.
 
Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində doğulub.
 
O, Ədəbi fəaliyyətə tələbəlik dövründən başlayıb. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edib. Rus dilində yazıb-yaradan Abdullayev İngilis və italyan dillərində sərbəst danışır. Onun əsərləri  xarici dillərdə tərcümə olunaraq Almaniya, İrlandiya, Fransa, Rusiya və s ölkələrdə kütləvi tirajla buraxılıb.
 
Yazıçının 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb. Çingiz Abdullayev 194 adda kitabın müəllifidir. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən məhsuldar müasir yazıçılardan biri kimi tanıtdırıb. 

Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib. O, 2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir.
 
Aynur Ələkbərova
BAKU.WS