VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 4-7° isti, gündüz 12-17° isti, Bakıda gecə 5-7° isti, gündüz 13-15° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan 772 mm civə sütunundan 768 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-8° isti, gündüz 16-21° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.
 
BAKU.WS