SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakıda satılan bəzi kolbasaların tərkibində kenquru əti var.

BAKU.WS
-in məlumatına görə, bu barədə sosial şəbəkələrdə bildiriblər və həmin kolbasaların fotoları paylaşılıb.

Əslində belə məhsulların satılması nə qədər düzgündür? Bu məsələyə aydınlıq gətirmək üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsilə əlaqə saxladıq.

 

Qurumun mətbuat xidmətinin rəhbəri Fazil Talıblı BAKU.WS-ə açıqlamasında bildirdi ki, həmin məhsullar Rusiyada istehsal olunur. Məhsulun üstündə Rusiya sertifikatı da var. Belə məhsullar ölkəmizə gətirilərkən yoxlanılır. Məhsulun tərkibi və digər məsələlər nəzərə alınır.

"Kolbasanın tərkibində kenquru ətinin olmasında heç bir problem yoxdur. Əsas odur ki, məhsulun içindəkilər düzgün olaraq yazılıb. Məhsul təzədir. İstehlakçı aldadılmır”, - deyə Fazil Talıblı bildirib.

 

Qeyd edək ki, kenqurunun vətəni sayılan Avstraliyada kenquru əti ümumiyyətlə yeyilmir. Avstraliyalılar kenquru ətinin hazırlanması zamanı onun xoşagəlməz qoxu verdiyini bildirirlər. Avstraliya kenquru əti əsasən itlərə yedizdirilir. Avstaraliya kenquru ətinin əsas hissəsini xaricə satır. Bu ölkələr arasında Rusiyanın xüsusi payı var. Şimal qonşumuza kenquru ətinin gətirilməsi 2009-cu ildə qadağan edilsə də qeyri-rəsmi olaraq Rusiya istehsalı kolbaslara kenquru əti vurulur. 


Ziya Səccad

BAKU.WS