SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ermənistanı Avroviziya-2017-də iştirakdan məhrum edilə bilər.

 

 

BAKU.WS xəbər verir ki, buna səbəb Ermənistan təmsilçisi Artsvik Artyunyanın Krıma qanunsuz səfər etməsi haqqında yayılan xəbərlərdir. Belə ki, Artsvikin yarımadaya qanunsuz səfəretdiyi deyilsə də bacısı Şoqer bunu inkar edib. O, bildirib ki, bizim Krımda dostlarımız yoxdur.

 

"Mən onun doğma bacısıyam. Əminliklə söyləyə bilərəm ki, Artsvik Krımda olmayıb. Bizim orada nə dostlarımız nə də tanışlarımız var".

 

Daha sonra Ermənistanın news.am saytı Ukraynanın birinci kanalına məsələ ilə bağlı sorğu göndərib. Kanaldan bildirilib ki, onlara bu barədə heç bir məlumat verilməyib.


Qeyd edək ki, hazırda Ukraynanın təhlükəsizlik xidməti ifaçının Krıma getməsi faktını araşdırır. Ukrayna daxili işlər nazirinin məsələhətçisi Anton Geraşenko deyib ki, əgər Arutyunyanın yarımadada olması sübuta yetirilsə, onunla bağlı fərqli qərar verilcək.

 

Xatırladaq ki, Kiyevdə baş tutacaq müsabiqənin yarımfinalı 9-11 may tarixlərində, final isə 13 mayda keçiriləcək. Artsvikin isə ilk yarımfinalda "Fly with me" ("Mənimlə uç") mahnısını ifa edəcəyi bildirilirdi.


Ermənistan 9 mayda Monteneqro, Finlandiya, Gürcüstan, Portuqaliya, Belçika, İsveç, Albaniya, Avstraliya, Azərbaycan, Kipr, Sloveniya, Moldaviya, Çexiya, Latviya, İslandiya, Yunanıstan və Polşa ilə birgə çıxış etməli idi.

 

BAKU.WS