VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Maltada keçirilən beynəlxalq avtoşouda Porsche 918 Spyder avtomobili yoldan çıxaraq trasın kənarındakı tamaşaçıları vurub.
 

BAKU.WS-in Times of Malta”a istinadən verdiyi məlumata görə, hadisə saat 14:00-da Malta aeroportu yaxınlığında qeydə alınıb. Qəza nəticəsində 26 nəfər yaralanıb. Yaralılardan 5 nəfərin vəziyyəti ağırdır.

 

Qəzanı törədən ağ rəngli "Porsche 918 Spyder”nin sürücüsü britaniyalı multimilyonçu Pol Beyli olub. Onun da qəza nəticəsində yaralandığı bildirilir.


Qeyd edək ki, tanınmış biznesmen Pol Beyli peşəkar sürücü deyil. Məhz birbaşa onun günahı üzündən yarışda qəza baş verib. Onun ötmə əməliyyatı zamanı səhvə yol verildiyi və bu səbəbdən də faciənin baş verdiyi deyilir.


Ziya Səccad

BAKU.WS