SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Martın 11-i gün ərzində bəzi rayonlarda hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, yağış ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
Gün ərzində mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 3-6° isti, gündüz 9-14° isti olacağı gözlənilir. Bakıda gecə 3-5° isti, gündüz 10-12° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 6-70 % təşkil edəcək.

Martın 11-13-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir. 
 
BAKU.WS