055 213 76 73
BAKU.WS yeniçağ.az-a istinadən Nigar Camalın müsahibəsini təqdim edir:
- Nigar son vaxtlar Bakıda az-az görünürsən, niyə?
- Bakıya doğmalarımın yanına gəlib-gedirəm, amma vaxtımın çoxu İngiltərədə keçir. Bunun da səbəbkarı qızlarımdır. Çünki ana kimi onların yanında daha çox olmalıyam. Bu saat məni qızlarımın təhsili və gələcəkləri çox düşündürür.
- Müsahibələrinin birində demişdin ki, qızların ingilis dilində danışır, nə əcəb doğma dilini öyrənməyiblər?
- Bu, aldıqları təhsilə görədir. Amma Azərbaycan dilində çətinliklə də olsa danışırlar.
- Gənc, yaraşıqlı xanımsan. Yenidən ailə qurmaq barədə düşünürsən?
- Açığı, ikinci dəfə ailə qurmaq, hələ ki, planımda yoxdur. Mənim üçün önəmli olan qızlarımdır. Yəni ana olmaq səadəti mənə daha çox zövq verir.
- Sevgidə əks cinsin hansı xüsusiyyəti sənin üçün daha önəmlidir?
- İlk növbədə, kişi sevdiyi qadına hörmət və diqqət göstərməlidir. Bu iki xüsusiyyət mütləq olmalıdır. Hörmət olmayan yerdə heç sevginin də dəyəri olmaz.
- Qarderob sənin üçün çoxmu önəmlidir?
- Dəhşət dərəcədə. Geyim həyatımın bir hissəsidir.
- Nigar Camalın qarderobu başqalarından daha çox nəylə fərqlənir?
- Qarderobumda boş yer yoxdur; yəqin ki, bununla.
- Əşyalarına qarşı sadiqsən?
- Yox. Kim nə istəyirsə, bağışlayıram.
- Bir ara sosial şəbəkədə maraqlı rəqslərinlə diqqət çəkdin. Bu işlə peşəkar səviyyədə məşğul olursan?
- Öyrənmək üçün bir-iki müəllim yanına getdim. Amma daha çox özüm rəqs etməyi sevirəm.
- Sosial şəbəkədə də aktivsən. Daha çox nə yazırlar sənə?
- Xoş sözlər. Sevgilərini ifadə edirlər, mahnılarımı bəyəndiklərini yazırlar.
- Heç xətrinə dəyən söz olur?
- Olur.
- Cavab yazırsan?
- Yox, həmin adamları boş verirəm. Nə isə xoşum gəlməyəndə, silirəm və dərhal da "blok" edirəm (gülür).
- Çox pozitivsən. Sənin əsəbiləşməyini təsəvvür etmək çətindir...
- Yox, arada əsəbiləşirəm, amma uzaqbaşı beş dəqiqə çəkir. Sonra yenə həminki adam oluram. Gülürəm-danışıram.
- Ətrafındakı insanlarda ən çox hansı xüsusiyyəti dəyərləndirirsən?
- Səmimiyyəti. Belə insanları xoşlayıram və daha çox onlarla ünsiyyət qururam. Görəndə ki, səmimi deyil, həmin adamla söhbətə qoşulmuram. O da bunu hiss edir.
- Gözəlliyin üçün nə qədər pul xərcləyirsən?
- Həddən artıq çox...
- Məsələn?
- Lap cox...
- Pulu sevirsən?
- Mən pulu sevməkdən çox, xərcləməyi sevirəm.
- Daha çox nəyə pul xərcləyirsən?
- Şoppinqlərə.
- Nigar, filmə dəvət etsələr, ehtiras, sevişmə səhnəsinə çəkilərdin?
- Çəkilərdim, amma sevişmə səhnəsinə razılıq verməzdim.
- Niyə?
- Çünki xarakterim elədir ki, xoşum gəlməyən kişi mənə toxunanda əsəbiləşərəm. Yalnız sevdiyim insan toxunarsa, xoşum gələr. Filmdə hansısa aktyorla bu mümkün deyil.
- Kişilərdə nifrət etdiyin xüsusiyyət hansıdır?
- Bu saat onlar mənə maraqlı deyil.
- Dünya ulduzları kimi sən də bədəninin hansısa əzasını sığorta etdirərdin?
- Yox, hesab edirəm ki, bu, mənasız işdir. Bir dəfə 2011-ci ildə məşhur sığorta şirkətlərindən biri üzümü sığorta etmişdi. Çünki mən onların siması seçilmişdim.
- Neçəyə?
- Milyon yarıma.
BAKU.WS