SİZİN REKLAM BURADA!
055 213 76 73



Əziz qonaqlarımız, 2012-ci ildən bu yana sizin rahatlığınız və məmnuniyyətiniz üçün işləyən "Metropark” martın 7-də 5 illiyini qeyd edir.

Sizlərə hər zaman yüksək xidmət göstərə bilmək məqsədilə 700 nəfərin çalışdığı "Metropark” ailəsi olaraq, əyləncə və alış-verişlə barəbər bütün özəl günlər və xoş anlarınızda bizi seçdiyinizə görə hər birinizə ayrılıqda öz təşəkkürümüzü bildiririk.

Hər il olduğu kimi, yenə bu il də 5-ci yaşımızı sizlərlə birlikdə sevinc və əyləncə içində keçirmək istəyirik. Martın 7 və 8-i tarixlərində sizlər üçün möhtəşəm şoularla dolu əyləncə və sürprizlər, 8 Mart tarixində isə tanınmış müğənni Rəhim Rəhimlinin möhtəşəm konsert şou proqramı ilə sizlərə unudulmayacaq anlar yaşadacağıq.

Həm yaranışımızın 5-ci ilini həm də Ümumdünya Qadınlar Gününü sizlərlə birlikdə keçirəcəyimiz üçün çox şadıq.

Gözəlliyi dillərə dastan, zərif və müqəddəs Azərbaycan xanımlarının 8 Mart - Ümumdünya Qadınlar Gününü öncədən təbrik edirik.