SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Martın 06-da Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Abşeronda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5° isti,  gündüz 8-12° isti olacaq.

Bakıda gecə 3-5° isti, gündüz  8-10° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 85-95 %, gündüz 60-70 %  təşkil edəcək.

Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
 
BAKU.WS