SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Tanınmış prodüser Təranə Səmədova əməliyyat olunub.

BAKU.WS-in verdiyi xəbərdə bildirilir ki, Təranə Səmədova artıq çəkilərindən azad olunub.

O, Bakıda fəaliyyət göstərən klinikalardan birində liposaksiya (Piy sovurma əməliyyatı) etdirib. Tanınmış prodüserin bədənindən 6 litrə yaxın piy çıxarılıb. Əməliyyatı Sevinc Təbrizi həyata keçirib.

O, instaqram səhifəsindən əməliyyatdan çəkilmiş şəkillərini paylaşaraq aşağıdakı statusu paylaşıb: 

"Axshaminiz xeyir olsun dəyərli dostlarım, yaxınlarım və izlıyicilərim, əməliyyata girməzdən əvvəl şəkil paylaşmadim ki, sağ-salamat əməliyyat olunum, çıxım və təəssüratlarımı bölüşüm. Aparıcı Vüsalə Kərimova sayəsində çox gözəl bir həkimlə taniş oldum. Plastik cərrah Sevinc xanim, əlləri qızıldan olan bu xanım bu gün mənə yeni üsulla olan liposaksiya əməliyyatı etdi".
 
Qeyd edək ki, əvəllər müğənni Kərimlə ailəli olan Təranə bir müddət əvvəl boşanıb. 1 qız anası olan prodüser "Bacanaqlar" serialında da rol alır. 

Arzu Mirzəyeva
BAKU.WS