SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Qırğızıstanın paytaxtı Bişkekdə "Missi bikini MDB-2015" müsabiqəsi keçirilib.
 
BAKU.WS-in məlumatına görə, müsabiqədə müxtəlif ölkələrdən 18 gözəl qız iştirak edib. Müsabiqə şəhər restoranlarından birində keçirilib.

Müsabiqə iştirakçılarına dörd çıxışda özünü göstərmək lazım gəlib. Qızlar milli geyimdə və bikinidə tamaşaçıların qarşısına çıxıb. Sonuncu çıxışda isə qızlar dəbdəbəli gecə geyimlərində münsiflər heyətinin qarşısına çıxıb. 

Müsabiqənin nəticələrinə görə, ikincilik Qırğızıstandan Karina Rsalieva olub, birinci yerə isə Rusiyadan Kristina Juravlyov layiq görülüb. "Missi bikini MDB-2015" titulu Başqırdıstandan Qalina Lukinə verilib. 

Fəridə Məmmədova
BAKU.WS