VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 
Müğənni Nadir Qafarzadə şəxsi instaqram səhifəsindən paylaşım edərək şəhid xəbərləri səbəbindən xalqımızı od çərşənbəsi münasibətilə təbrik edə bilmədiyini söyləyib.
 
BAKU.WS-in məlumatında bildirilir ki, son günlər cəbhədə düşmən tərəfindən bir sıra təxribatlar törədilir. Nəticədə də qoşunlarımız cəbhə boyu erməni tərəfinin hücumlarına məruz qalaraq şəhidlər verib. Bu hadisələrə biganə qalmayan müğənni Nadir Qafarzadə sosial şəbəkədə paylaşım edib. Od çərşənbə münasibəti ilə Azərbaycan xalqını təbrik etməyi dilinə gətirə bilmədiyini söyləyən müğənni: "Gəlin ordumuza, dəstək olaq, cəbhə xəttində vuruşan əsgərlərimizə duaçı olaq."-deyə bildirib. "Şəhid olan övladlarımıza şəhidlik zirvəsinə ucaldıqlarına görə Allahdan rəhmət diləyək. Azərbaycan, torpaqlarımızı geri almayana qədər bu yolundan dönməyəcək. Şəhidlərin ailələrinə rəhmət və səbirli olmalarını diləyirəm"-deyə o əlavə edib. 
 
Onu da qeyd edək ki, bir neçə gün əvvəl cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində ordumuz şəhid verib. 
 
Arzu Mirzəyeva
BAKU.WS