SİZİN REKLAM BURADA!
055 213 76 73



Qax rayonu İlusu kəndində qeyri-adi ev hər kəsi təəccübləndirir.
 
BAKU.WS xəbər verir ki, hər yağışdan sonra bu evin divarlarında yazılar peyda olur. Yazıların ərəb dilində olduğu deyilsə də onu oxumaq mümkün deyil.
 
Qeyd edək ki, sözügedən kənddə 1800-1900-cu illərə aid qədim evlər mövcuddur. Bu evlər qədim memarlıq üslubunda tikilib. Kənd sakini Azər Qocayev 150 ildən çox yaşı olan evini olduğu kimi saxlayıb. Lakin hələ də bu evin açqılanmayan sirləri var. Belə ki evin daşlarının üzərinə su düşdükdə ərəbcə yazılmış yazılar ortaya çıxır. Maraqlısı budur ki, yazıları bu günə qədər oxumaq mümkün olmayıb.
 
Bu yazıları ev sahibi " sirli yazılar" adlandırır. 18-ci əsrin sonlarında evi tikdirən tacir bu yazılarla gələcək nəslillərə nə demək istədiyini aydınlaşdırmaq mümkün olmayıb. Odur ki, Azər Qocayev bu yazıalrın oxunması üçün mütəxəsisləri evinə dəvət edir.
 
Onu da əlavə edək ki, bu ev rayona gələn turistlərin diqqətini xüsusilə cəlb edir.
 
ARB TV-nin sözügedən evdən hazırladığı reportajı sizə təqdim edirik:
 
Aynur Ələkbərova
BAKU.WS