VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sumqayıtda çəkilən bu kadrlar sosial şəbkədə geniş müzakirə edilir.
 
BAKU.WS xəbər verir ki, 3 az yaşlı uşağın zibil qutularından sellofan torbalar və butulka toplaması sakinlərdən birinin diqqətini çəkib. O Uşaqlara yaxınlaşaraq hansı səbədən bu işlə məşğul olduqlarını soruşub. Uşaqlar qardaş olduqlarını, evdə yalnız ataları işlədiyi həm də kirayə qaldqlarından dolayı çətinlik çəkdiklərini bildiriblər. 
 
Onlar sellofan paket, butulka kimi əşyaları zibil qutularından yığaraq atalarına verdiklərini, daha sonra atasının həmin əşyaları satdığını söyləyiblər.
 
Az yaşlıların bu cür istismar edilməsi sosial şəbəkədə qınanılıb. Eyni zamanda bu cür antisanitariya şəraitində uşaqların paket toplaması insanları hiddətləndirib.
 
Aynur Ələkbərova
BAKU.WS