SİZİN REKLAM BURADA!
055 213 76 73



Rəqqasə Aytən Lider TV-də yayımlanan "Klip Plyus" verilişində maraqlı açıqlamalar verib.
 
BAKU.WS xəbər verir ki, o, öyrətdiyi rəqqasələrin ona xəyanət etməsindən danışıb. "Mən rəqqassələrin hər zaman arxasındayam. Sadəcə kömək etdiyim rəqqasə məni satarsa, yəni quyruğumu tapdalayanın quyruğunu pis tapdalayaram. Məni sığallamaq lazımdır. Mika həmişə deyir. Bu rəqqasələrin başı çatmır. Bu qızı sığallayın da".
 
Qeyd edək ki, Aytən bir müddət əvvəl Azərbaycanda yeganə avtomobili ilə gündəmə gəlib. Rəqqasə bildirib ki, "BMW-X 6” maşınını 55 min dollara (təxminən 100 min manat) alıb: "Maşın həvəskarıyam. Yaxşı da idarə etməyi bacarıram. Onu da deyim ki, bu rəngdən Azərbaycanda bir dənədir. O da mənim payıma düşüb. Dubaydan gətizdirmişəm”.
 
Aynur Ələkbərova
BAKU.WS