VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

İnsan sağlamlığında bir çox qidalar kimi qozun da müsbət rolu var. Gündəlik həyatımızın bir parçası olmayan, yalnız bayramdan-bayrama üzünü gördüyümüz qozun faydalarını saymaqla bitməz. Qozun xolesterinin tənzimlənməsində, ürək-damar sisteminə, uşaqların zəkasının inkişafında, sümüklərin möhkəmlənməsində, üz dərisinə faydası çoxdur.
 
Buna görə bir çox kosmetik vasitələr istehsal edən firmalar, həmçinin istehsal müəssələri məhsullarında qozdan və qozun tərkibindəki maddələrdən istifadə edirlər.
 
Qozun tərkibindəki A, E və C vitaminləri bədən hüceyrələrini yeniləyir və uzun ömürlü edir. Tərkibindəki omega 3 həm ürək-damar sisteminin tənzimlənməsinə kömək edir, həm də qanın laxtalanmasının qarşısını alır. Qamma-tokoferol, amin-asit turşusu kimi elementlər isə başda xolesterol olmaqla, ürək-damar sisteminin təmizlənməsində əhəmiyyətli rola malikdirlər.

Gün ərzinə 3 qoz yeməklə həm ürəyinizin sağlamlığının qeydinə qalmış olursunuz, həm də qan-şəkəri və xolestrolun səviyyəsini nizamlı bir səviyyədə tuta bilərsiniz.
 
BAKU.WS