SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sosial şəbəkələrdə keçmiş MDB ölkələrində yaranan, yeniyetmələr arasında çox populyar olan «Göy kit», «Sakit ev», «Kitlər dənizi», «Məni 4:20-də oyat»  kimi təhlükəli oyunlar yayılıb. 

BAKU.WS-nin məlumatına görə, bu oyunlar yeniyetmələr və uşaqlar üçün ciddi təhlükə daşıyır və onların intihar etməsinə gətirib çıxarır.  Belə ki, 12 yaşlı Sankt-Peterburq sakini Kseniya da belə "ölüm qrup"larından birinin iştrakçısı olub. Onun sözlərinə görə, qrupun kuratoru uşaqları və yeniyetmələri öz cəmiyyətlərinə daxil etməyə ciddi cəhd göstərirlər. Bu məqsədlə onlar sosial şəbəkələrdə apardıqları aktiv yazışmalardan istifadə edirlər. 

"Mən internetdə bu qrupla maraqlandım və ora daxil oldum. Bundan 10 dəqiqə sonra mənə bir qız mesaj yazaraq oyunun mahiyyətini izah etdi. Oyun müddətində cəmi 50 tapşırığa əməl etmək lazımdlır. 50-ci tapşırıq isə ya özümü asmaq, ya da binanın damından atmaq idi. Kuratorlar ən müxtəlif tapşırıqlar verə bilərlər. Məsələn: 4.20-də yaxudan oyanaraq binanın damına və ya tikinti kranına cıxmaq, qoxulu filmlərə baxmaq, hətta özünə zərər yetirmək. Oyunun sonuna yaxın iştrakçı öz kuratorundan başqa ətraflndakılarla ünsiyyətdən təmamilə imtina etməlidirlər", - deyə Kseniya bildirib.
  
Zərərçəkənənin sözlərinə görə, kuratorlar iştrakçıları idarə edir və onların rəftarlarına tam nəzarət edirlər. Bunun ücün əvvəlcədən iştrakçıya anket doldurularaq onların zəif yerləri üzə çıxarılır.

Bu oyundan çıxmaq mümkün deyil. Əgər iştrakcı qrupu tərk etməyə cəhd edərsə, o zaman İP ünvanla onun tapılacağı, özünün və bütün yaxınlarının da öldürüləcəyi ilə hədələnib.

Onu da bildirək ki, bu internet oyunu artıq Azərbaycana da gəlib çıxıb. Buna görə də Bakı məktəblərində valideynlərə məsləhət görülür ki, övladlarına ciddi nəzarət etsindər. İnternettdə kimlə, hansı qruplarla yazışdıqları ilə maraqlansınlar. Uşaqları nəzarətsiz buraxmasınlar. Uşaqları ilə əlaqə saxlamaq ücün isə mümkün qədər sadə telefonlardan istifadə etsinlər. Belə olduqda siz də, övladlarınız da təhlükədən uzaq olacaqdır. Bu kimi xəbərdarlıq olan vərəqələr də Bakı məktəblərində yayılıb. Vəziyyətin nə qədər ciddi olduğunu Rusiyada uşaqlar arasında intihar faktlarının artması da göstərir.  

Arzu Mirzəyeva
BAKU.WS