SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyanın ən məşhur mesajlaşma proqramı WhatsApp yeni funksialarını işə salıb. 

 
BAKU.WS-in məlumatına görə, 800 milyon aktiv istifadəçisi olan messencerin yeni versiyası (2.12.5.16) hələlik yalnız "iPhone"larda istifadəyə verilib. Yeniliklərdən biri səsli zəngin keyfiyyəti ilə bağlı olacaq.
 
Belə ki, zəng edərkən səs keyfiyyətini istifadəçi özü müəyyən edə biləcək. Səs keyfiyyətini aşağı salaraq kvota istifadəsini azaltmaq mümkün olacaq. WhatsApp bununla insanların internet xərclərini biraz da azaltmaq istəyir. 

Digər yeni xidmətə görə, Whatsapp-da olan mesaj və fotolarınızla yanaşı artıq videolarınızı da arxivləşdirə biləcəksiniz. Xüsusi bildiriş xidməti sayəsəində artıq telefonunuzda olan şəxslərə özəl zəng səsi əlavə edə bilərsiniz. Yəni dostunuz mesaj yazdığında bir səs, sevgiliniz yazdığında isə başqa bir səs eşidəcəksiniz. 
 
Söhbət keçmişinə gedərkən artıq mesajlar avtomatik olaraq yüklənəcək. Son yeniləmə 46 MB ölçüsündədir və hələlik yalnız "iPhone" istifadəçiləri yükləyə bilər. 
 

 

BAKU.WS